Bakıda gənc oğlan bıçaqlanıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda gənc oğlan bıçaqlanıb.

“Report” xəbər verir ki, 1988-ci il təvəllüdlü Əhmədov İsmayıl Səbuhi oğlu Bağırov küçəsi, 25 ünvanında tanımadığı şəxslə mübahisə edib.

Nəticədə o, iki bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xatai Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39