Bakıda gecə klubu qarşısında kütləvi dava olub

Bakı. 26 may. REPORT.AZ/ Bakının Səbail rayonunda dava zamanı 1 nəfər döyülüb.

"Report" xəbər verir ki, 1977-ci il təvəllüdlü Nadirov Aslan Ələddin oğlu "Otto" gecə klubunun qarşısında digər 3 nəfər taksi sürücüsü ilə mübahisə edib.

Nəticədə A.Nadirov 3 nəfər tərəfindən döyülüb. Müxtəlif xəsarətlər alan sürücü xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, A.Nadirov taksi fəaliyyətinə yeni başlayıb. O, digər taksi sürücüləri ilə müştəriyə görə dava edib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Davada iştirak edənlər məsuliyyətə cəlb edilib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39