Bakıda əyləncə mərkəzində soyğunçuluq edən şəxs tutulub

Bakı. 5 yanvar. REPORT.AZ/ Bakının Mərdanov qardaşları küçəsində yerləşən əyləncə mərkəzində Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Teymur Musayevə qarşı soyğunçuluq törətməklə mobil telefonu və 304 manat pulunu talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1983-cü il təvəllüdlü Emin Cəfərov tutulub.

Bu barədə “Report”a Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.

Əməliyyat-axtarış tədbirlərini BŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti, Nəsimi RPİ 22-ci PB əməkdaşları həyata keçirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26