Bakıda evlərin su sayğaclarını oğurlayan şəxs saxlanılıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakıda evlərin su sayğaclarını oğurlayan şəxs saxlanılıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki 4 evə quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əli Qarayev saxlanılıb. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47