Bakıda evlərdən 650 manat və 8000 ABŞ dolları oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 650 manat və 8000 ABŞ dolları, habelə gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş X.Vəliyev saxlanılıb.