Bakıda evə maskalı basqın olub

Bakı. 24 mart. REPORT.AZ/ Bakıda evə maskalı basqın olub.

DİN-in mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, martın 15-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində yaşayan Afət Əzizovanın evinə girmiş 2 maskalı şəxs onun və qızı Firuzənin qol və ağızını yapışqanlı lentlə bağlayıb bıçaqla hədələyərək oradan 1700 manat pul aparıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ramin Ağayev və Ceyhun Adıgözəlov saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39