Bakıda evdən qızıl, noutbuk oğurlayan Sumqayıt sakini saxlanılıb

Bakı. 9 iyul. REPORT.AZ/ Bakıda evdən qızıl, noutbuk oğurlayan Sumqayıt sakini tutulub.

“Report” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 19-da rayon ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl əşyalar, 2 ədəd noutbuk və 2 ədəd bank kartını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ramin İsgəndərov saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39