Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

Bakı. 15 avqust. REPORT.AZ/ Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.  

Belə ki, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il iyunun 22-də rayon ərazisindəki evlərin birindən 400 manat pul və 1000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23