Bakıda evdən pul oğurlandı

Bakıda evdə oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə mayın 7-i gecə saatlarında Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs Z.Zeynalovun mənzilindən 1 200 manat qızıl-zinət əşyaları oğurlayıb.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən oğurluq etməkdə şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Vəliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37