Bakıda evdən ov tüfəngləri və 3 min manatlıq oğurluq edildi

Bakıda evdən oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2 ədəd ov tüfəngləri, habelə 3 000 ABŞ dolları dəyərində məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Allahverdiyev və E.Cabbarov saxlanılıblar.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39