Bakıda evdən oğurluq edən qadın saxlanılıb

Bakı. 5 iyun. REPORT.AZ/ Bakıda evdən oğurluq edən qadın saxlanılıb.

"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb. 

Belə ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da rayon ərazisindəki evlərin birindən 120 manat, mobil telefon və şəxsiyyət vəsiqəsi oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Telli Əliyeva saxlanılıb. 

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45