Bakı. 2 oktyabr. REPORT.AZ/ Bakıda evdən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Murad Zamanov saxlanılıb.