Bakıda evdən 50 000 manatlıq oğurluq edildi

Xətai rayonunda mənzildən 50 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-cı Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-dən iyunun 10-dək olan müddətdə rayon ərazisindəki mənzillərin birindən 50.000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri D.BorisovR.Vəliyev saxlanılıblar. 

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45