Bakıda evdən 45 min manat pul oğurlanıb

Bakı. 15 avqust. REPORT.AZ/ Bakıda mənzillərin birindən 45 min manat pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

“Report” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də rayon ərazisindəki evlərdən birindən 45.500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ramiz Ağayev və Ziyad Abdullayev tutulublar.

Digər xəbərlər