Bakıda evdən 4 min manatlıq oğurluq edildi

Bakıda evdən oğurluq edən şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4 000 manat dəyərində 11 ədəd radiator, 14 ədəd su diyircəyi (kran) və çilçıraq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Əliyev saxlanılıb.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41