Bakıda evdən 33 min manatlıq oğurluq edildi

Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi və Baş Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisindəki evlərin birindən 7 500 manat, 10 200 ABŞ dolları və 7 500 manat dəyərində qızıl-zinət əşyaları, habelə evin həyətindəki “Şkoda” markalı avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Ağammədov, G.Hüseynov və İ.Məmmədov saxlanılıblar.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05