Bakıda evdən 3200 manat və 703 ABŞ dolları məbləğində pul oğurlanıb

Bakıda evdən 3200 manat və 703 ABŞ dolları məbləğində pul oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsi (RPİ) 34-cü Polis Bölməsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 3200 manat və 703 ABŞ dolları olan pulqabını oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini T.Şirxanova saxlanılıb.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50