Bakıda evdən 23 min manatlıq oğurluq edildi

Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da Badamdar qəsəbəsindəki evlərdən birinin həyətindəki yardımçı təsərrüfatdan 23 000 manat dəyərində mebel oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini E.Məmmədov saxlanılmış, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45