Bakıda evdən 2 800 dollar oğurlandı

Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan V.Seyidovun ətrafında Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 2 800 ABŞ dolları, 300 manat pul və velosiped oğurlaması da müəyyən edilib.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26