Bakıda evdə oğurluq hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1 000 manat pul və 1 600 manat dəyərində planşet, mobil telefon, qızıl qolbaq və çemodan oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini A.Nəzərov saxlanılıb.