Bakıda evdən 1900 manat oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdaərsi 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 1900 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Namazov saxlanılıb.