Bakıda evdən 12 min manat oğurlayan şəxslər tutulub

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakıda oğurluqda şübhəli bilinən paytaxt sakinləri tutulub.

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da rayon ərazisindəki evlərdən birindən 12.000 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Emin Mehdiyev və Namiq Məsimov tutulublar.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər