Bakıda evdən 1000 ABŞ dolları, 1700 manat və qızıl saat oğurlanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakıda evdən 1000 ABŞ dolları, 1700 manat və qızıl saat oğurlanıb. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Səbail rayon Polis idarəsi 8-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 11-də rayon ərazisindəki evlərin birindən 1000 ABŞ dolları, 1700 manat və qızıl saat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Taleh Babayev və Ceyhun Cabbarov saxlanılıb.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14