Bakıda evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər tutulublar

Bakı. 10 mart. REPORT.AZ/ Bakıda evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yanvarın 23-də rayon ərazisindəki evlərdən birindən 10.000 manat dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Süleymanlı və Cəlilabad rayon sakini Cabir Nağıyev tutulublar.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14