Bakıda evdə yanğın olub, xəsarət alan var

Bakıda evdə yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin içərisində ev əşyaları 6 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. 

Tikili və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50