Bakıda evdə partlayış olub, yaralananlar var

Bakıda evdə partlayış olub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 27-də paytaxtın Sabunçu qəsəbəsi, Y.Saratov küçəsində qeydə alınıb.

Belə ki, Vidadi Fərəcova məxsus fərdi yaşayış evində ani partlama baş verib. Nəticədə mənzildə kirayəşin kimi yaşayan Goranboy sakini, 1984-cü il təvəllüdlü G.Adıgözəlova və Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elşən Əliyev xəsarət alıblar. Onlar təcili yardım vasitəsilə 5 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Yaralananlardan E.Əliyevin vəziyyəti normaldır, G.Adıgözəlovanın vəziyyəti isə ağırdır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Partlaşın başvermə səbəbi araşdırılır.

Digər xəbərlər

Xırdalanda 1 yaşlı körpə ölüb 15 yanvar, 2026 / 10:22