Bakıda evdən oğurluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə mayın 9-u Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs S.İsmayılova məxsus evdən pəncərəni açmaqla 1 035 manat dəyərində olan təmir və tikinti materialları oğurlayıb.
Daha sonra S.İsmayılov hadisə barədə polis əməkdaşlarına müraciət edib.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1996-ci il təvəllüdlü Rəsul Mirzəcanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.