Bakıda ərinin 5100 dollarını xərcləyən qadın polisə yalan məlumat verib

Bakı şəhəri, Xəzər Raton Polis İdarəsinin (RPİ) 2-ci Polisə Şöbəsinə (PŞ) müraciət edən Binə qəsəbə sakini olan qadın mayın 11-də saat 10 radələrində evinə girmiş 2 maskalı şəxsin onu bıçaqla hədələyib oradan 5100 ABŞ dolları apardığını bildirib.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.

2-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən aparılmış araşdırmalarla quldurluq barədə verilmiş məlumat təsdiqini tapmayıb. Qadının pulu xərcləməsi və ərindən qorxduğu üçün polisə yalan məlumat verməsi müəyyən edilib.

Digər xəbərlər