Bakıda ər və arvadın küçədə mübahisəsi xəsarətlə nəticələnib

Bakı. 10 iyun. REPORT.AZ/ Bakının Xətai rayonunda ər və arvadın mübahisəsi sonuncunun xəsarət alması ilə nəticələnib.

"Report" xəbər verir ki, hadisə Nazimov küçəsində ailə münaqişəsi zəminində baş verib.

Belə ki, 42 yaşlı Məmmədova Şəlalə İsmayıl qızı həyat yoldaaşı ilə mübahisə edib. Bu zaman əri onu kənara itələyib. Nəticədə qadın yerə yıxılaraq bel və onurğa nahiyələrindən xəsarət alıb. Qadın xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56