Bakıda ər arvadının evindən külli məbləğdə pul oğurlayıb

Bakı. 30 mart. REPORT.AZ/ Bakı şəhəri, Nəsimi rayonunda mənzildən oğurluq olub. “Report”un xəbərinə görə, R.Rza küçəsində yaşayan 43 yaşlı Təranə Qubadovaya məxsus mənzildən 6 400 manat və qızıl-zinət əşyaları oğurlanıb.

Oğurluqda şübhəli bilinən şəxs istintaqa cəlb edilib. Bu, T.Qubadovanın qeyri-rəsmi nikah münasibətlərində olduğu Bakı şəhər sakini, 48 yaşlı Emin Qasımovdur.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 22 avqust, 2026 / 09:08