Bakıda ər arvadını bıçaqlayıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Bakı sakini arvadını bıçaqlayıb.

"Report"un xəbərinə görə, hadisə səhər saatlarında Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Zirə qəsəbəsində 1971-ci il təvəllüdlü Məşədiyeva Şərqiyyə Əlisa qızı əri Əli Məşədiyev tərəfindən bıçaqlanıb. Ş.Məşədiyyeva kürək nahiyəsindən iki bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Ə.Məşədiyev saxlanılıb.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17