Bakıda əcnəbi vətəndaşı avtomobil vurub

Bakının Nəsimi rayonunda 20 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, əcnəbi vətəndaş, 2004-cü il təvəllüdlü Seyid Amer Ashay yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37