Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də əcnəbi vətəndaşı aldadıb 2000 avro pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakini T.Qasımlı saxlanılıb.