Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda Banqladeş vətəndaşı tutulub.
“Report”un xəbərinə görə, Bakıda universitetlərdən birində təhsil alan 1993-cü il təvəllüdlü Miah Khalil paytaxtda yerləşən 1 saylı Notariat Kontoruna Çexiyaya viza almaq üçün saxta sənəd təqdim edərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.