Bakıda dostu tərəfindən döyülən gənc oğlanın çənəsi qırılıb

Bakı. 1 iyun. REPORT.AZ/ Bakının Səbail rayonunda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1994-cü il təvəllüdlü Hacıyev Kənan Vahid oğlu Xanlar küçəsində dostu tərəfindən döyülüb.

Nəticədə onun çənəsi sınıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47