Bakıda dost dostuna vintaçanla xəsarət yetirib

Bakı. 9 may. REPORT.AZ/ Bakının Suraxanı rayonu ərazisində iki dost arasında mübahisə birinin digərini küt alətlə vurması ilə nəticələnib.

"Report" xəbər verir ki, hadisə Əmircan qəsəbəsinin Nəsirrədin Tusi küçəsində qeydə alınıb.

1982-ci il təvəllüdlü Həşimzadə Azər Əhmədağa oğlunun müxtəlif nahiyələrinə dostu tərəfindən vintaçan vasitəsi ilə kəsilmiş-deşilmiş xəsarətlər yetirilib. O, çoxlu qan itirdiyinə görə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14