Bakıda dörd avtomobil toqquşub

Bakının Sabunçu rayonunda 4 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Bakıxanov qəsəbəsində "Lada" markalı avtomobil idarəetmədən çıxaraq digər 3 avtomobilə çırpılıb. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47