Bakıda dispanserdə həkimin otağından oğurluq edilib

Bakıda dispanserdə həkimin otağından oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də və 14-də rayon ərazisindəki dispanserlərin birində həkimlərin otaqlarından noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Nəsirli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12