Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakıda dəmir yolu stansiyasından oğurluğa cəhd olub.
DİN-in mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Pirşağı dəmir yolu stansiyasının ərazisində 40 metr rabitə naqilini oğurlamağa cəhd göstərən 4 paytaxt sakini saxlanılıb.