Bakıda daha bir nəfərdən tapança götürülüb

Bakıda keçmiş məhkumdan tapança götürülüb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayon ərazisində qeydə alınıb.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini, 1957-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Zahid Məlikovdan nömrəsi silinmiş “Minta-37” markalı tapança, darağında 3 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, ötən gün Bakıda bir nəfərdən də tapança götürülüb.

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 16 aprel, 2026 / 09:30