Bakıda daha bir intihar cəhdinin qarşısı alınıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakıda intihar cəhdinin qarşısı alınıb.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda bir nəfər kərpicdən tikilmiş 20 metrlik qülləyə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

Xilasedicilər tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45