Bakıda cinsi azlıq nümayəndəsi bıçaqlanıb

Bakı. 4 may. REPORT.AZ/ Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, 1994- cü il təvəllüdlü Qurbanov Şükran Bəkir oğlu Azadlıq prospektində naməlum şəxslə əlbəyaxa dava edib. Nəticədə Ş.Qurbanov boğazından bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.

Hadisə cinsi azlıq nümayəndəsi olan zərərçəkmişin naməlum şəxsə əxlaqdan kənar təklif etməsi səbəb olub.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37