Bakıda çayxanada orta yaşlı kişi bıçaqlanıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakıda çayxanada orta yaşlı kişi bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Nəsimi rayonu ərazisində yerləşən çayxanaların birində müştəri kimi əyləşən Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü Osmanov Oqtay Mehman oğlu tanışı ilə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində araşdırılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48