Bakıda borca görə axtarışda olan 14 nəfər saxlanıldı

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 18-da 24 cinayətin üstü açılıb. 

Onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. 

Narkotiklərlə əlaqəli 4, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 14 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 14 nəfər saxlanılıb. 

İtkin düşən kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Digər xəbərlər