Bakı. 12 iyul. REPORT.AZ/ Bakının Suraxanı rayonunda birmərtəbəli evin dam örtüyü qismən yanıb.
“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, ümumi sahəsi 110 kv.m olan 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.