Bakıda birmərtəbəli ev sahibi ilə birlikdə yandı

Bakı. 6 yanvar. REPORT.AZ/ Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli evdə yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı ev sahibi 1933-cü il təvəllüdlü Bibixanım Məhəmmədrəhim qızı Rəhimovanın yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54