Bakıda bir il əvvəl oğurluq etmiş gənc qadın tutulub

Bakı. 4 mart. REPORT.AZ/ Bakıda bir il əvvəl oğurluq etmiş qadın tutulub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il yanvarın 20-də M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Arzu Nəsirovanın evindən 700 manat, 500 ABŞ dolları və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Vəfa Saməddin qızı Zeynalova müəyyən olunaraq tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54