Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakıda aptekə bıçaqla basqın etməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Aygün Əliyeva barəsində olan hökmdən apellyasiya şikayəti verib.
"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas oktyabrın 18-nə təyin edilib.
Şikayət hakim Vaqif Mursaqulovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hadisə bu ilin martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.