Bakıda beşmərtəbəli binada yanğın olub

Bakıda beşmərtəbəli binada yanğın olub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan mənzilin bir otağının döşəməsi 2 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48