Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakı. 28 iyun. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bir nəfər Xəzər dənizində (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. 

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, həmin şəxs nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 15:15-də başa çatıb.

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 31 mart, 2026 / 12:15
Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46